Xırdalanda 4 yük avtomobili YANDI
    • 19-09-2019, 18:40
    • 418

Xırdalanda 4 yük avtomobili YANDI

Xırdalanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.