"Bakıda filmimin nümayişi mənim üçün qürurdur..." - Rusiyada fəaliyyət göstərən azərbaycanlı rejissor
    • 23-09-2019, 19:53
    • 690

"Bakıda filmimin nümayişi mənim üçün qürurdur..." - Rusiyada fəaliyyət göstərən azərbaycanlı rejissor

"Ömrümdə birinci dəfədir ki, bu qədər sayda jurnalistə müsahibə verirəm. Festivalda "Bitva" adlı ekran əsərim nümayiş etdirilir".

News24.az 
xəbər verir ki, bu, sözləri əslən azərbaycanlı olan lakin Rusiyada fəaliyyət göstərən rejissor Anar Abbasov jurnalistlərin suallarını cavablandırarkən söyləyib. O, qeyd edib ki, Azərbaycanda Rusiya filmləri həftəsində, həmçinin də doğma şəhərində əl işini nümayiş etdirmək onun üçün qürurdur:

"Özüm doğulmuşam Bakıda və məhz burada işimin göstərilməsi qürurdur. Çünki Bakı doğulduğum, ailəmin yaşadığı şəhərdir və nəhayətində millətim azərbaycanlıdır. Əvvəllər rəqqas idim, qərara gəldim ki, maraqlı ssenari yazıb, əsəri ekranlaşdırım. Orada təhsil alan uşaqlarla danışıram, amma konkret hansı işlərin görüldüyü barədə məlumatım yoxdur. Rusiyanın Mədəniyyət Nazirliyinə mənə göstərdiyi etimada və dəstəyə görə təşəkkürümü bildirirəm. Gələcək üçün yeni işlər üzərində artıq çalışıram və bu uşaq layihəsi olacaq".

Qeyd edək ki, paytaxtda gerçəkləşən Rusiya filmləri həftəsi sentyabrın 29-dək davam edəcək.

Sevda Bayramova