Bakıda dəhşətli hadisə - 11 yaşlı qız evdə diri-diri yandı
    • 29-09-2019, 11:00
    • 920

Bakıda dəhşətli hadisə - 11 yaşlı qız evdə diri-diri yandı

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. 
News24.az FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 
Ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.