-
- 14-10-2019, 15:44
- 1 487
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olundu - FOTOLAR - YENİLƏNDİ -3
Akademik Vasim Məmmədəliyev dəfn olunub.
News24.az-ın xəbərinə görə, V. Məmmədəliyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.
*****
14:59
Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi, akademik Vasim Məmmədəliyevlə vida mərasimi başlayıb.
News24.az-ın xəbərinə görə, mərhumun cənazəsi mərasimin keçirildiyi məkana gətirilib.
Universitetin divarları boyu qara-yaşıl lentlər düzülüb. Vida mərasiminə dövlət rəsmiləri, ictimai- siyasi xadimlər, müəllim və tələbələr qatılıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Mərasimdə Prezident Adminstrasiyasının eəhbəri Ramiz Mehtiyev, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayilov, millət vəkili Qənirə Paşayeva Dövlət Sərhəd Xidmıtinin rəisi Elçin Quliyev, Ombusdman Elmira Süleymanova, Ailə Qadın, Uşaq Priblemləri üzrə Dövlət Komotəsinin sədri Hicran Hüseynova iştirak edirlər.
"Vasim Məmmədəliyev Azərbaycan şərqşünaslığının, ilahiyyat elminin inkişafında müstəsna xidmətləri olan böyük ustasımızdır". Bu sözləri dəfn mərasiminə qatılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov alademik Vasim Məmmədəliyev haqda danışarkən deyib. O, akademikin vəfatından kədərləndiyini bildirib: "Mən fəxr edirəm ki, Vasim müəllimin tələbəsi olmuşam, biz onun tələbəsi olduq, amma onun qədər savadlı ola bilmədik. Biz Vasim müəllimdən həmişə ədalət gözlədik, lakin onun qədər ədalətli ola bilmədik. Biz onu həmişə humanist gördük, amma onun qədər humanist ola bilmədik. Bu itki Azərbaycan ictimaiyyəti, elmi üçün böyük itkidir. Azərbaycan xalqının, xüsusilə də tələbələrinin qəlbində həmişə var, olacaq. Allah rəhmət eləsin".
Jurnalistlərə açıqlama verən Millət vəkili Qənirə Paşayeva də Vasim Məmmədəliyevlə bağlı xatirələrini bölüşüb. O, akademikin önəmli şəxsiyyətlərdən biri olduğunu qeyd edərək, akademikin vəfatını ölkəmiz üçün ağır itki adlandırıb:
"Vasif Məmmədəliyev həmişə pozitiv idi. Heç vaxt onu bədbin görmədim. Hər zaman həyat dolu insan idi.Onun simasında böyük bir ziyalımızı itirdik. Onun minlərlə gənc insanın yetişməsində misilsiz xidmətləri olub".
"Onu sevənlərin çoxu burda iştirak edə bilmir. O dünən ölümə sinə gərərək həyatını dəyişdi". Bu sözləri isə akademikin qardaşı Vamiq Məmmədəliyev deyib. O, vida mərasimində iştirak edənlərə təşəkkür edib və akademikin ölüm anından danışıb:
"Vasim müəllim hər şeyə layiqli insandır. Onu hamı- bütün Azərbaycan, İran sevirdi. Ədəbiyyatı, muğamı gözəl bilirdi. Hər adamla öz dili ilə danışardı. Çıxışlarından hiss eledik ki, onun necə gözəl elmi vardı. Əsl ziyalı idi. Elçin bəy dediyi kimi, o dərya idi. Dünən yanında idim. Onun necə ölümə sinə gələrək dünyasını dəyişdiyini gördüm. Bu gün onu son mənzilə yola salırıq. Vasim müəllim bizim üçün sağdır....Bu gün onunla vida mərasimində iştirak edən hər kəsə təşəkkür edirəm. ".
Qeyd edək ki, V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 154 elmi əsərin, o cümlədən 21 monoqrafiyanın, dərsliyin, tərcümənin, 132 elmi məqalənin müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.
V.Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.
V.Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.
2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif edilən V.Məmmədəliyev BDU-da Ərəb Filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.
Afaq Mirayıq