Qanunsuz ov edən iki nəfər CƏRİMƏLƏNDİ
    • 14-10-2019, 11:49
    • 688

Qanunsuz ov edən iki nəfər CƏRİMƏLƏNDİ

Göyçay RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan “İJ-54” markalı tüfəng, 13 ədəd patron, 5 ədəd giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə müvafiq sənədləri olan “Sent-Tite” markalı tüfəng, 10 ədəd patron, 1 ədəd giliz və 2 ədəd quş götürülüb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib.