"Üç badam, bir qoz oxuyanlar..." - SƏİDƏDƏN ATMACALI SÖZLƏR
    • 15-10-2019, 17:07
    • 695

"Üç badam, bir qoz oxuyanlar..." - SƏİDƏDƏN ATMACALI SÖZLƏR

Daha çox açıq-saçıq şəkillərlə gündəmə gələn müğənni Səidə Sultandan xəbər var.

News24.az xəbər verir ki, ifaçı "İnstagram"da yeni paylaşım edərək, sərt sözlər söyləyib:

"Bu aralar mən də bir tamaşaçı kimi şou biznesi kənardan izləyirəm. Ən çox diqqətimi çəkən kəlmə də, "xalq" və "xalqım" kəlməsi oldu. Mənim üçün bu ifadə məsuliyyətli sözdü. Çox təsüf ki bu gün hər yerindən duran, "üç badam bir qoz" oxuyub "xalqım" deyə gəzirlər! "Xalqım" sözünü işlətmək üçün sənətçinin bəlli bir yaşı, bəlli bir statusu, bəlli bir illəri lazımdı. Adama deyərlər mahnınıızı oxuyun da... Xalqı oyuncaq eləyiblər... Bir də ki "xalq", "xalqım", demək döyüş meydanına yaraşır".

Sevda Bayramova