Qazın verilişində fasilələr olacaq – Azərbaycanda
    • 25-10-2019, 11:06
    • 541

Qazın verilişində fasilələr olacaq – Azərbaycanda

Oktyabrın 25-də istehlakçılara təbii qazın stabil rejimdə və fasiləsiz ötürülməsi üçün keyfiyyətin daha da artırılması, tələbata uyğun tənzimləmələrin aparılması, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işləri icra olunacaq.

Azəriqaz İB-dən News24.az-a  verilən məlumata görə, bu zaman səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

Afaq Mirayiq