Bakı metropolitenində Tanqo sürprizi - “İçərişəhər”də master klass olacaq
    • 7-11-2019, 17:24
    • 669

Bakı metropolitenində Tanqo sürprizi - “İçərişəhər”də master klass olacaq

Bakı metropoliteninin stansiyalarında sosialyönümlü tədbirlərin keçirilməsi artıq ənənəvi hala çevrilib. Sabah III Bakı Tanqo Festivalı çərçivəsində “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq.

“Bakı Metropoliteni” QSC-dən News24.az-a verilən məlumata görə, şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində təşkil olunacaq.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edəcəklər.

Tanqo həvəskarı olan şəhərimizin sakinləri və qonaqları “İçərişəhər” stansiyasına dəvətlidirlər.

Afaq Mirayiq