İSTİ HAVA, QASIRĞA, DAŞQIN Artıq bunların hamısı sizə normal gələcək
    • 8-11-2019, 20:30
    • 1 013

İSTİ HAVA, QASIRĞA, DAŞQIN Artıq bunların hamısı sizə normal gələcək

Alimlər təxmin edirlər ki, Yerin nüvəsi daxildən onu qızdırır, istilik seli sürətlə səthə çıxır. Ona görə də sürəkli leysan yağışlar, qasırğa və dolu anomaliya deyil, adi iqlim mənzərəsinə çevriləcəkdir.
News24.az xəbər verir ki, iqlimşünas Olqa Paxalyuk demişdir ki, temperatur artdıqca leysanlar daha davamlı olacaqdır. Qlobal istiləşmənin səciyyəvi xüsusiyyətlərindən biri ekstremal hava təzahürlərinin intensivliyi və tez-tez təkrar olunmasıdır.
Məsələn, Volqa çollərinin üzərində güclü istilik zonası formalaşıb. Avropa və Atlantikadan isə soyuq hava kütlələri irəliləyir. Ukraynanın şərqində formalaşmış istilik ocağının yay-qış hərəkət etmədiyini sezən alimlərin fikrincə, bu hal atmosfer hadisəsi deyildir. İstilik Yerin təkindən gəlir. Hərəkətsizlik nəticəsində bütün hava kataklizmləri ləngiyir və Ukrayna ərazisində baş verir.
Ukrayna Hidrometeorologiya İnstitutunun uzunmüddətli proqnozuna görə, yayın sonunadək havanın temperaturu normadan 2 dərəcə yüksək olacaqdır.
Bununla belə, sinoptikllər artıq bir həftədən sonra havaların qısa müddətə soyuyacağını proqnozlaşdırırlar. Yeri gəlmişkən, temperatur dəyişmələri yeni tufan və qasırğalar doğura bilər.