Azərbaycanda biznesmeni öldürüb evindən külli miqdarda pul apardılar
    • 17-11-2019, 12:33
    • 745

Azərbaycanda biznesmeni öldürüb evindən külli miqdarda pul apardılar

Xaçmaz rayonunda qətl törətmiş şəxslər barəsində Ali Məhkəməyə müraciət edilib.
News24.az -ın məlumatına görə, Xaçmazda tanınmış biznesmen olan Məmmədov İlqar Rüstəm oğlunun evinə daxil olaraq onu öldürüb külli miqdarda pul aparan Kərimov Qalib Nəcməddin oğlu və Rüstəmov Vüsal Arif oğlu barəsində zərərçəkmiş tərəf şikayət verib. Ali Məhkəmədə müraciətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq. Zərərçəkmiş tərəf Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə açılmış işin yenidən araşdırılaraq qatillərə daha ağır cəzanın verilməsini tələb edir.
Qeyd edək ki,ittihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürərək qadının meyitini mənzili ilə birlikdə yandırıblar.
Dəstə üzvləri bundan başqa, Xaçmazda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İlqar Məmmədovun evinə girərək iş adamını bıçaqla qətlə yetirib, onun evindən 289 min manat pul və qızılları götürüblər.