Turizm şirkətləri üçün vergi güzəştləri nəzərdə tutulub - FOTO
    • 4-12-2019, 10:57
    • 508

Turizm şirkətləri üçün vergi güzəştləri nəzərdə tutulub - FOTO

"Düşünürük ki, "Turizm haqqında" qanun layihəsinin qəbulu gələn il ərzində çoxlu müsbət dəyişikliklərin baş verməsinin şahidi olacayıq. Turizm xidməti göstərən şəxslər və turizm sahəsi üzrə yeni fəaliyyətə başlayan şəxslər üçün vergi güzəştlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bu da turizm biznesinə böyük töhfə verəcək".

News24.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan turizmi dünyada ötən ilə nisbətən artıq daha yaxşı tanınır. İnternet texnologiyalarının tətbiqi və mətbuatda aparılan təşviqat bu işə töhfə verib.

F.Zenqstşmit əlavə edib ki, Şəkidə, Lənkəranda aparılan sorğuların nəticələrinə əsasən, ən aşağı məmnunluq səviyyəsi aviabiletlərin qiyməti, yerli səyahət bazarı, yerli nəqliyyat sisteminin keyfiyyəti ilə bağlıdır:"Bu sahədə inkişafın baş verməsinə ehtiyac var. Buna nail olmaq, bu sahədə tövsiyələrin verilməsi üçün növbəti illərdə birgə əməkdaşlığın qurulması qarşıda duran əsas vəzifələrdəndir".

F.Zenqstşmit bildirib ki, yaradılacaq turizm reyestrinin xarici partnyorlara daxili bazarı əyani şəkidə təsvir etməyə imkan verəcək: "Məlumat bazasının yaradılması vacibdir. O da qeyd edilməlidir ki, bu bazanın vaxtaşırı yenilınməsi də vacibdir. Bu, bizim əsas məqsədlərimizdən biridir. Innovasiya və texnologiyanı inkişafımızda diqqətimizdə saxlamalayıq. Biz Azərbaycanda bu sahədə geri qalmamalıyıq, amma bu gün innovativ texnologiya layihələrinin icrasında geri qalmalar var. Növbəti ildə Azərbaycan Turizm Şurası ilə Azərbaycan Hotel Assosiasiyası arasında birgə işçi qrup təşkil edərək bunun inkişafını nəzərdən keçirəcəyik".

Afaq Mirayiq