-
- 11-12-2019, 12:16
- 2 216
Firuzə İbadova söz atdı: "Deputat olsam, özüm yeməyəcəm, paylayacam"
"İfa necədirsə, geyim də o cür olmalıdır. Əgər, kimsə açıq-saçıqlığa üstünlük verirsə, ona heç kim müdaxilə edə bilməz. Çünki biz nə desək də, heç nə düzəlməyəcək. Musiqi aləmində məhsulluğunu nümayış etdirməlisən, soyunmağı deyil. Əgər, vaxtında məhsulumu nümayış etdirməsəydim, indi səhnədə, tarixdə Firuzə kimi qalmazdım. Neçə-neçə ifaçılar mənə baxıb sənətə gəldilər. Musiqiçi olduğumdan hər zaman musiqimlə cavab verməyə çalışmışam. Açıq-saçıqlığa heç də yaxşı baxmıram. Xanım nə qədər qapalı olsa bir o qədər də sirli olar. Ola bilsin ki, o müğənninin vücudu açıq-saçıqlığa imkan verir, amma yenə də gərək, abartılı şəkildə olmasın. Çox olsa artıq tamaşaçının fikiri onun açıq-saçıqlığına yönələcək".
Bu sözləri News24.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. O, bildirib ki, əvvəllər musiqiçilər daha çox sənətləri ilə ön planda olublar: "Bizim vaxtımızda belə deyildi. Adicə bir üzük taxıb efirə çıxırdıq onu belə barmağımızdan çıxarırdılar ki, birdən tamaşaçının fikiri üzükdə qalar".
Əməkdar artist "Şabaş" filmində çəkilməsindən danışıb: "Aktrisa kimi filmdə rol almaq mənim üçün çox çətin oldu. Hər zaman demişəm ki, mədəniyyətdə ən çətin sahə aktyorluqdur. Aktyorlar 100 dəfə ölüb, 1000 dəfə dirilirlər. İş prosessini görəndə anladım ki, mən elə musiqiçi olsam yaxşıdır. Rafael, Coşqun onların işgüzarlığı məni valeh etdi. Ana olduğuma görə onlar üçün çox narahat idim. Çəkilişlər isti vaxtlara təsadüf etdiyindən iki qat çətin idi. Görürdüm ki, uşaqlar tərləyiblər, deyirdim bir damcı su için. Onu belə etmirdilər, çünki bütün fikirləri rollarında idi. Utanırdım onların yanında. Müşfiq məni açmaq üçün var gücü ilə çalışırdı. Qorxudan rahatlaşıb, obrazımı yaxşı oynamağa başladım. Hətta özümdən xüsusi bir " ştrix"da atdım. Bu kinodan sonra da filmlərdə çəkilməyi istəyərdim".
F. İbadova Əməkdar artist Elnarə Abdullayevanın "Gəlin qayınananın sözünü yeyə bilmirsə, evdən getsin" fikirinə də münasibət bildirib: "Bilirsiniz, Elnarə xanım çox mərd, saf, gözəl qadındır. Sadəcə olaraq onun danışması "loru" dilində olduğundan fikirləri başqacür anlaşılır. O demək istəyir ki, pərdə aradan götürülməmiş gəlin getsin. Əgər, sən həyat yoldaşını sevirsənsə, onun anasına da hörmət qoymalısan".
Sənətçi bu yaxınlarda qızının başını açması mövzusuna da toxunub: "Əslində, o nə başını bağlamışdı, nə də açmamışdı. Biz ziyarətə getmişdik. Orda da sözsüz ki, baş bağlanılmalıdır. Əht etdik ki, ziyarətdən sonra 40 gün başımı açmayacam. Yəni bu belə oldu. Fikirlərimi açıqlaya bilmirdim, məsələ də, qalmaqala səbəb olub, qınanıldı. Amma mən heç vaxt hicaba keçə bilmərəm. Çünki sənətimə mane olar".
Müğənni bildirib ki, Xalq artisti Afaq Bəşirqızının millət vəkili olmasını istəyir: "Bunu 10 əlli istəyərdim. Çünki Afaq xanım dəyərli sənətkardır, aktyorların anasıdır, dərin zəkalı insandır. Ona qurban olum. O, bütün sənətçiləri düşünür. Hər kəsdən ona səs vermələrini xahiş edəcəm. Amma mən deputat ola bilmərəm. Çünki mən millət vəkili olsam çörək yeməyəcəm. Aldığım pulu qapı-qapı gəzib paylayacam. Sonra evdəkilər deyəcəklər mənə: "Bəs biz?" Bir də istəyərdim ki, Tahir Əkbərin qızı millət vəkiliyinə namizədliyini irəli sürsün".
Əməkdar artist vurğulayıb ki, bir müddət öncə Xalq artisti İlhamə Quliyevanın oğlu ondan borc götürsə də, geri qaytarmayıb: "Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heçnəsiz. İlhamə xanımdan ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi".
F. İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən bəzi ifaçılara ikibaşlı mesaj ünvanlayıb: "İlhamə xanımın taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız ona yaraşırdı. Taxt-tac heç Sultan Suleymana belə qalmadı".
Əməkdar artist mənzil şəraiti ilə bağlı yaşadığı çətinlikləri yada salıb, giley-güzar edib: "İnsanın həyatında hansısa sıxıntı olanda… Allahın hökmü var. Sınaq. Bu kimi suallar olanda özümdən aslı olmadan qəhərlənirəm. Bu dünya sınaq məkanıdır, "zəmidir". Ümid edirəm nə vaxtsa, mənim də "zəmim" bəhrəsini verər. Bu gün də ayaqdayam. Bu il 65 yaşım tamam olur. Azərbaycan musiqi mədəniyyətində öz səviyyəmi qoruyub saxlayıram. Yəqin ki, bəhrəsi olar. Ev də olar, fəxri ad da olar. Olmasa da, mənim dəyərim tamaşaçılarım və dincləyicilərimdir".
Sevda Bayramova