-
- 24-12-2019, 10:18
- 538
“Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli oldu
Paytaxt məktəbliləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindənn (BŞTİ) News24.az-a verilən məlumata görə, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, BŞTİ tabeliyindəki 193 nömrəli tam orta məktəbin komandası I, 244 və 282 nömrəli tam orta məktəblərin komandaları II, 29, 211 və 245 nömrəli tam orta məktəblərinin komandaları isə III yerə layiq görülüblər.
Qalib komandalar BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin şəhər mərhələsində iştirak edən bütün komandalara BŞTİ tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, “Kiçik tədqiqatçılar” müsabiqəsinə ümumilikdə 253 məktəbin komandası qatılıb. Onlardan 26 komanda rayon mərhələsində qalib gələrək şəhər turunda iştirak etmək hüququ qazanıb.
BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.