Peşə Təhsil Mərkəzi  peşəkarlıq səviyyəsini artırmaq üçün MEMORANDUM İMZALADI
    • 13-01-2020, 17:47
    • 620

Peşə Təhsil Mərkəzi peşəkarlıq səviyyəsini artırmaq üçün MEMORANDUM İMZALADI

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əməkdaşlıq memorandumunun imzalanmasında əsas məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, ötən ildən fəaliyyətə başlayan Yeni Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ilində beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz hesab olunur. Mərkəz Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company”, “Cahan Motors”,  “Sigma Tecnical Services”, “Suez”, “Alstom” kimi qabaqcıl müəssisələrlə əməkdaşlıq edir.