DİN-dən Novxanıdakı qəza ilə bağlı - AÇIQLAMA
    • 11-03-2020, 13:05
    • 776

DİN-dən Novxanıdakı qəza ilə bağlı - AÇIQLAMA

Daxili İşlər Nazirliyi ötən gün ərzində Abşeron rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, martın 10-da saat 13 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Xırdalan şəhər sakini S.Səlimovun idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rauf Abbaslının idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub.

Nəticədə R.Abbaslı hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.