Oqtay Şirəliyev koronavirusla mübarizədən danışdı:
    • 24-03-2020, 21:16
    • 622

Oqtay Şirəliyev koronavirusla mübarizədən danışdı: "Biz hər şeyə hazırıq" -VIDEO

"Bizə qardaş Türkiyənin vasitəsilə ilk testlər gətirildi. Elə həmin testlərlə ilk xəstələr müəyyən olundu. Bəziləri sağalıb evə buraxıldı. Qalanlar arasında müsbət gediş onu deməyə əsas verir ki, onlar da sağalacaqlar. 10 minə qədər insan arasında test aparılıb.


News24.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramına müsahibəsi zamanı söyləyib.


Onun sözlərinə görə, xəstəliyin gedişatı, həm də başqa ölkələrin təcrübəsi onu göstərir ki, daha ciddi və sərt tədbirlər olmasa, vəziyyət tam dəyişə bilər. Bu bir həqiqətdir. 


Yoluxanların sayı 10, 100 minlərə qalxa bilər. İnkişaf etmiş ölkələrin səhiyyəsi də bunla bacara bilməz.

"Azərbaycanda laboratoriyalar tam gücüylə işləyir. Bu labaratoriyalar da regionda da var. Yerində laborator təyinatlar aparılır. Çox gözəl mütəxəssislərimiz var", - deyə nazir bildirib:

"Hər azərbaycanlı bilməlidir ki, imkanlardan artıq hər şey edilir. Sonda bu məsələ insanlardan daha çox asılıdır. Bizim bütün qurumlar vəziyyətlə çox yaxşı tanışdır. Hər sahədə ehtiyat nəzərdə tutulub. Səhiyyə sahəsində lazım olanda çarpayıların sayı artırıla bilər, əlavə xəstəxanalar bu işə cəlb oluna bilər. Biz hər şeyə hazırıq".