"İtaliyada koronavirusa yüngül yanaşdılar, görürsüz, ölkə nə gündədir” -Oqtay Şirəliyev
    • 24-03-2020, 23:54
    • 685

"İtaliyada koronavirusa yüngül yanaşdılar, görürsüz, ölkə nə gündədir” -Oqtay Şirəliyev

"Koronavirusdan ilk 65 gün ərzində bütün dünyada 100 minə qədər insan xəstələndi. Növbəti 10 gün ərzində bu rəqəm daha 100 min artdı. İndi az qala 400 minə çatsın".

News24.az bildirir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-yə müsahibəsində deyib. O bildirib ki, ölənlərin sayı nə qədər artır:

"Çinin milyard yarım əhalisiylə İtaliyanın 60 milyon əhalisi. Çində ölənlərin sayı 3000-dən bir qədər artıq idi. İtaliyada isə artıq 2 dəfə çoxdur. Bu göz qabağındadır. Çində nizam- intizam insanların apardığı tədbirlər. İtaliyada bu məsələyə bir qədər laqeyd yanaşıldı. Çox belə yüngül yanaşdılar. Nəticədə görürsüz ki, bu gün ölkə nə gündədir. Xəstələnlərin, ölənlərin sayı, problemlər, təchizat, lazım olan avadanlıq yoxdur".