DİQQƏT! Karantin rejimində evdən çıxarkən bu sənədləri ÖZÜNÜZLƏ GÖTÜRÜN
    • 31-03-2020, 15:44
    • 602

DİQQƏT! Karantin rejimində evdən çıxarkən bu sənədləri ÖZÜNÜZLƏ GÖTÜRÜN

Əhalidən evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmək xahiş olunur.

News24.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə müraciət edib. 

Eyni zamanda fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslərin xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyətinin isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarınını özləri ilə götürmək xahiş olunur.