Təyyarədə qorxulu anlar - 30 nəfərin burnundan qan gəldi - VİDEO
    • 20-09-2018, 14:31
    • 826

Təyyarədə qorxulu anlar - 30 nəfərin burnundan qan gəldi - VİDEO

Hindistanda Bombeydən Caypura gedən sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.

 "Jet Airways" şirkətinə məxsus təyyarədə işçilərin məsuliyyətsizliyinə görə sərnişinlərin burunlarından və ağızlarından qan gəlib.

İşçilər təyyarə qalxmazdan əvvəl göyərtədəki təzyiqi tənzimləyən qurğunu qoşmağı unutduğuna görə belə olay yaşanıb.

Təxminən 30 nəfərin burnundan qan açılıb. Bəzilərinin qulaqları qanayıb, bəzilərinin isə başı ağrıyıb.

Sərnişinlərə oksigen maskası verilsə də, təyyarə yenidən Bombeyə qayıtmalı olub.

//Milli.Az