"Bizim üçün hər zaman risk var"- JURNALİSTLƏR KORONAVİRUSDAN QORXURLARMI? SORĞU-VİDEO
    • 17-04-2020, 10:34
    • 1 080

"Bizim üçün hər zaman risk var"- JURNALİSTLƏR KORONAVİRUSDAN QORXURLARMI? SORĞU-VİDEO

Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan bir çox sahələrdə işlər dayandırılıb, insanların evdən çıxması yasaqlanıb. 

Amma elə sahələr var ki, onlar istisna təşkil edir. Onlardan biri də jurnalistikadır. Dördüncü hakimiyyətin nümayəndələri  virusa yoluxmaq təhlükəsinə rəğmən,  reportajlar, müsahibələr hazırlayır, ən ağır xəstələrin yerləşdirildiyi tibb müəssisələrindən canlı görüntülər yayımlayırlar.

Bəs, onlar koronavirusa yoluxmaqdan qorxmurlarmı? Axı cəsarətli addım atmış olsalar da, özləri ilə yanaşı ailələlərini də təhlükəyə atmış olurlar.

Elə bu sualla da News24.az Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransına toplaşan jurnalistlər arasında sorğu keçirib:

Afaq Mirayiq 
Foto-Video:Fərid Şabanov