"Deyirdilər, niyə özünü öldürmürsən?" - ÜLVİ HƏSƏNLİ
    • 20-04-2020, 12:32
    • 1 026

"Deyirdilər, niyə özünü öldürmürsən?" - ÜLVİ HƏSƏNLİ

"Həyat yoldaşım mənə dəstək oldu, yazılan şərhlərə dözdü. Və bütün bu stresslərin təsirindən övladımız vaxtından tez dünyaya gəldi. Mənə bilirsiz ən çox təsir edən nə oldu? Bəziləri bunu da başqa yerə yozdular. Halbuki uşaq həyat yoldaşımın keçirdiyi gərginlik, stress nəticəsində vaxtından tez dünyaya gəlmişdi. Hətta həkimlər həyat yoldaşımın həyatda qalmaq şansını əlli faiz dəyərləndirirdilər. Çox şükür ki, pis günlər arxada qaldı və mən əsl dostlarımı tanıdım". 

News24.az xəbər verir ki, bu sözləri aktyor Ülvi Həsənli Space TV-də yayımlanan "Arı bazarı" verilişində deyib. O, bir müddət öncə yayılan intim videodan danışıb: "Bəziləri saxta profillər açıb məni təhqir edirdilər. Günlərlə qaranlıq otaqda oturub fikirləşirdim. Yazırdılar ki, sən niyə özünü öldürmürsən? Özümü niyə öldürməliyəm ki? Anar Nağılbaz, Hüseyn Dərya kimi sənətçiləri də belə adamlar öldürdülər. Amma mən çox güclü insanam".

Sevda Bayramova