"Bir sillə vururdu, günlərlə özümə gələ bilmirdim..." - NAZPƏRİ DOSTƏLİYEVA
    • 7-10-2019, 15:08
    • 947

"Bir sillə vururdu, günlərlə özümə gələ bilmirdim..." - NAZPƏRİ DOSTƏLİYEVA

Xəzər Televiziyasında yayımlanan "Ay Zaur" verilişinin növbəti qonağı Xalq artisti Nazpəri Dostəliyeva olub.

News24.az xəbər verir ki, Dostəliyeva səhnəyə görə, qardaşından şiddət gördüyünü etiraf edib: "Uşaqlıqdan mikrofonu əlimdən alıblar. Əvvəlcə qardaşım icazə vermirdi, deyirdi ki, qız uşağı səhnəyə çıxmaz. Qardaşım buna görə dəfələrlə mənə əl qaldırırdı. Bir sillə vururdu, günlərlə özümə gələ bilmirdim. Daha sonra orta məktəbi bitirənə yaxın ailə qurdum. Nişana kimi oğlanı görməmişdim. Atam bilirdi ki, yaxşı ailənin övladıdır.  Həyat yoldaşım toylara icazə verirdi, amma efirə çıxmağa qoymurdu. Dörd yaş məndən böyük idi. Universitetdə təhsil aldı, daha sonra mühəndis kimi çalışdı. Lakin illər sonra dünyasını dəyişdi. Biz 13 il evli qaldıq. Bu nikahdan iki oğlan övladımız dünyaya gəldi".

Sevda Bayramova