-
- 22-04-2020, 20:23
- 606
Tibb universitetindən çıxarılan tələbələr Ombudsmana ŞİKAYƏT EDİBLƏR
Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin keçmiş tələbələri Ombudsmana universitetdən xaric edilmələri ilə bağlı müraciət ediblər.
News24.az xəbər verir ki, bu barədə Ombudsmanın 2019-cu il üzrə hesabatında qeyd edilib.
Tələbələr 4-cü kursun sonunda hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirmə nəticəsində xəstəlikləri ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunaraq həmin universitetdən xaric edildiklərini bildiriblər. Lakin sonradan müalicə olunaraq səhhətlərinin bərpa olunduğunu, buna baxmayaraq, ali tibb təhsilini davam etdirmələrinə imkan verilmədiyini qeyd ediblər. Beləliklə, tələbələr Ombudsmandan universitetin müalicə-profilaktika fakültəsinə bərpa olunmalarında və təhsil hüququnun təmin edilməsində köməklik göstərilməsini xahiş ediblər.
Qeyd edilən problemlə əlaqədar Omdusman tərəfindən həyata keçirilmiş araşdırma zamanı həmin tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda topladıqları balın müvafiq ildə “müalicə işi” ixtisasına keçid balından aşağı olduğu üçün təhsil nazirinin 2017- ci il 15 noyabr tarixli 5-2 saylı əmri ilə təsdiq edilmiş “ Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibbi təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyətin götürülməsinə dair Qaydalar”a uyğun olaraq, həmin ixtisasa bərpa olunmalarının Səhiyyə Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilmədiyi məlum olub. Məlum olduğu kimi, Konstitusiyanın 149-cu maddəsinin VII bəndində təsbit edilib ki, fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
Qeyd edilməlidir ki, Ombudsmana müraciət edən həmin şəxslər hərbi tibb fakültəsinə müvafiq qanunvericilik aktının təsdiq edilməsindən əvvəl daxil olublar.
Göstərilənləri, habelə müxtəlif vaxtlarda “hərbi həkim işi” ixtisası üzrə Azərbaycan Tibb Universitetinə qəbul olunmuş gənclərin, hər şeydən əvvəl ali tibb təhsili almaq və həkim peşəsinə yiyələnmək üçün dörd il həmin universitetdə oxuduqlarını, həmin müddətdə onların hər birinin təhsili üçün dövlət büdcəsindən kifayət qədər vəsait xərcləndiyini nəzərə alaraq, Ombudsman bu şəxslərin müvafiq universitetin “müalicə işi”fakültəsinə bərpa olunmasını istər onların təhsil hüququnun təmin edilməsi,istərsə də mütəxəssis hazırlığına sərf edilmiş dövlət vəsaitinin düzgün dəyərləndirilməsi baxımından qaçılmaz zərurət hesab edir.