Övladları abituriyent olan VALİDEYNLƏRİN NƏZƏRİNƏ: QADAĞANDIR
    • 9-05-2020, 17:28
    • 571

Övladları abituriyent olan VALİDEYNLƏRİN NƏZƏRİNƏ: QADAĞANDIR

"İmtahan günlərində valideynləri imtahan keçirilən binaların önündə toplaşmamağa çağırırıq".

News24.az xəbər verir ki, bir sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Qurum rəsmisi qarşıdan gələn imtahanlarda abituriyentləri qaydalara əməl etməyə çağırıb: “İmtahanlar zamanı da əməl edilməli olan metodiki göstərişlər açıqlanıb. Həm Dövlət İmtahan Mərkəzi, həm ali məktəblər, həm də orta məktəblərin imtahanlarında bu tibbi göstərişlərə əməl olunmalıdır. Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq. Valideynlərə indidən müraciət edirik ki, ali məktəblərə qəbul imtahanları keçiriləndə imtahan binalarının qarşısına toplaşmasınlar”.