ABŞ koronavirusu sürətlə aşkarlayan testə LİSENZİYA VERDİ
    • 10-05-2020, 09:20
    • 569

ABŞ koronavirusu sürətlə aşkarlayan testə LİSENZİYA VERDİ

BŞ-ın tibbi tənzimləyicisi (FDA) insanın koronavirusa yoluxduğunu bir neçə dəqiqə ərzində müəyyənləşdirə bilən ilk antigen testinin istifadə edilməsinə təcili lisenziya verib.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb. 

"ABŞ-ın Qida Məhsullarının və Dərmanların keyfiyyətinə Sanitar Nəzarəti üzrə İdarəsi COVID-19 antigen testdən istifadə ilə bağlı birinci təcili icazə verdi", - idarənin saytında deyilir. FDA-nın yaydığı məlumatına görə, “Quidel Corporation” şirkətinin testi lisenziya alıb.

"Testin əsas üstünlüklərindən biri onun sürətidir, hansı ki, dəqiqələr ərzində nəticələr verə bilər", - FDA yazıb.