Yollardakı postlar nə vaxt tam LƏĞV EDİLİR?
    • 15-05-2020, 18:22
    • 587

Yollardakı postlar nə vaxt tam LƏĞV EDİLİR?

“SMS icazə sisteminin ləğv edilməsi nəticəsində yoxlama postlarının götürülməsinə Daxili İşlər Nazirliyi özü qərar verəcək”.

News24.az-ın verdiyi xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O deyib ki, bu, texniki məsələdir. 

İ. Məmmədov əlavə edib ki, idman kompleksləri ilə bağlı müzakirələr aparılır: “Mümkündür ki, növbəti mərhələdə bu aspekt reallaşsın”.