Karantin dövründə  6 üçəm DOĞULDU
    • 15-05-2020, 23:18
    • 789

Karantin dövründə 6 üçəm DOĞULDU

Karantin dövründə Azərbaycanda 6 üçəm doğulub. 

News24.az xəbər verir ki, pandemiya dövründə nazirliyin qeydiyyat orqanları tərəfindən bu günədək 23.400-dən çox vətəndaş vəziyyəti aktları rəsmiləşdirilib ki, onların da 2.478-nikah, 12.566-sı isə doğumun qeydiyyatı ilə bağlıdır. Uşaqların 6.793-ü oğlan, 5.773-qız, 140 əkiz, 6 üçəm olub.

Qeyd edək ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur./"Qafqazinfo" /