"Bu, bizim ən böyük cinayətimiz oldu"- Oqtay Əliyev ETİRAF ETDİ
    • 18-05-2020, 19:16
    • 663

"Bu, bizim ən böyük cinayətimiz oldu"- Oqtay Əliyev ETİRAF ETDİ

"Bizdə artıq çoxdandır ki, şou-biznes dağılır. Bu sahənin öz lokomativləri var idi, indi isə onlar qırağa çəkiliblər. Bunlar Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayevadır. Onlar meydanı verdilər dəmiryolunda əl arabasını sürənlərə. Biri çıxdı klip çəkdirdi, digəri isə özünə sənətkar dedi. İndi də onlar efirə tək çıxmaq istəməyə başlayıblar. Bilmirəm, bunlar haranı bitiriblər, kimdirlər ki, tək canı ilə iki saatlıq efiri idarə edə bilsinlər".

News24.az xəbər bu sözləri Oqtay Əliyev İTV-də yayımlanan "Fatehin divanı" verilişində deyib. O, bildirib ki, vaxtıilə "Yeni Ulduz" müsabiqəsinin bəzi iştirakçılarını tənqid edib, amma indi bu adlar tanınmış müğənnidirlər: "Günay İbrahimlini, Sevda Yahyayevanı daim tənqid eləmişəm. Çünki bu insanlar heç bir səhnəcikdən, massovkadan istifadə etmək istəmirdilər. Deyirdilər ki, yanımda adam durmasın, əlimdən tutmasın. Sonda dedik ki, çıx, tək oxu görüm, nə vaxta qədər bu davam edəcək. "Yeni Ulduz"un o qədər qalibi var ki, heç adlarını belə xatırlamıram, amma ikinci, üçüncü yerə nail olan iştirakçılar indi çox məşhurdurlar".

O. Əliyev "Eurovision 2010" təmsilçimiz Səfurə Əlizadəyə görə yarışmanın qaydalarını pozduğunu dilə gətirib: "İştirakçılara görə münsiflər arasında tez-tez mübahisələr düşürdü. Səfurə Əlizadə və Eldar Qasımova görə aramızda çox böyük mübahisələrimiz olub. Eldar seçim turundan belə keçmədi, çünki çox uşaq idi. Səsinin keçid vaxtı olduğundan münsiflər razı olmadı. Daha zaman keçib, deyə bilərəm. Səfurə Əlizadəni və bugünkü "Eurovision" təmsilçimiz Səmirə Əfəndini yaşı tamam olmamış keçirmişik. 16 yaş kimi təqdim etmişik. Bunu birinci dəfədir, deyirəm, bu, bizim ən böyük cinayətimiz oldu. İnandırım sizi, həmin vaxt söhbət yayılsaydı, müsabiqə bir kənarda qalacaqdı..."

Sevda Bayramova