Xaricə uçanlar Azərbaycanda koronavirus testindən keçəcəklər - RƏSMİ
    • 29-05-2020, 18:24
    • 486

Xaricə uçanlar Azərbaycanda koronavirus testindən keçəcəklər - RƏSMİ

“Beynəlxalq uçuşlar bərpa olunacaqsa bizim başqa ölkələrlə koronavirus testindən keçmə haqqında sənədləri qarşılıqlı tanımamıza ehtiyac var”. 

News24.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində NK sözçüsü İbrahim Məmmədov deyib: “Yəni, Azərbaycan Türkiyəyə uçan vətəndaş koronavirus testindən keçibsə və ona neqativ nəticə haqqında sənəd verilibsə artıq həmin ölkədə bu sənəd tanınsın və onu karantinə almasınlar. Eləcə də Türkiyədən Azərbaycana gələn vətəndaşların sənədləri də bizim ölkə tərəfindən tanınmalıdır”.