"Sevinc göz yaşlarına boğuluram" - SAMİRƏ ƏFƏNDİ
    • 5-06-2020, 10:55
    • 1 021

"Sevinc göz yaşlarına boğuluram" - SAMİRƏ ƏFƏNDİ

"Karantin öncəsi evə qapanmışdım. Amma daha sonra özümü toparladım ki, belə üzülə-üzülə olmaz. Mən inanıram ki, hər şey çox yaxşı olacaq. Çünki biz 2021-ci ilə hazırlaşırıq. Gözləyirik ki, gözəl mahnı seçimlərimiz olacaq komanda ilə bərabər. Ümid edirəm ki, “Kleopatra” qədər güclü bir proekt ərsəyə gətirəcəyik".

News24.az xəbər verir ki, bu sözləri gənc müğənni Samirə Əfəndi MTV-yə açıqlamasında deyib. Hər dəfə qələbəni son anda qazandığını deyən gözəl xanım, kifayət qədər də özgüvənli olduğunu bildirib: "Mən inanıram ki, bu əziyyətin arxasında böyük bir qazanc, qalibiyyət, qələbə məni gözləyir. Yəni bu üzülə-üzülə olmayacaq. Mən öz üzərimdə işləyirəm. Düzdür, sınmalar olur. Hamıda olur. Məndə bu ardıcıl olsa belə bu hardasa mənə güc verir. Mənə motivasiya verir ki, yox mən davam eləməliyəm. Allah heç bir insana onun daşıya bilmədiyi yükü, ağrını verməz. Mən həqiqətən də güclü bir qadınam, mənim hər işim çətinliklə baş tutur. Amma şükürlər olsun ki, sonda sevinc göz yaşlarına boğuluram".

Qeyd edək ki, “Eurovision 2020” dünyada tüğyan edən “Covid-19” səbəbindən təxirə salınıb. Beynəlxalq müsabiqənin 2021-ci ildə eyni qayda ilə keçiriləcəyi nəzərdə tutulub. 

Sevda Bayramova