DİQQƏT! SABAH 38 DƏRƏCƏ İSTİ OLACAQ
    • 8-06-2020, 13:14
    • 441

DİQQƏT! SABAH 38 DƏRƏCƏ İSTİ OLACAQ

9 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  30-35, Bakıda  gecə 19-21, gündüz  32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.   

9 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 16-21, gündüz  33-38, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

İyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.