Azal bilet satışını BƏRPA ETDİ
    • 8-06-2020, 15:04
    • 416

Azal bilet satışını BƏRPA ETDİ

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib. 

News24.az-ın xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi internet səhifəsində məlumat yerləşdirilib. 

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır. 

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi. 
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.