Rusiyadan daha 150 nəfər Azərbaycana TƏXLİYƏ EDİLDİ
    • 17-06-2020, 13:41
    • 468

Rusiyadan daha 150 nəfər Azərbaycana TƏXLİYƏ EDİLDİ

Rusiyadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) havaya qalxıb.

News24.az xəbər verir ki, avialaynerdə 150 nəfər var.

“Təyyarə Moskvanın Domodedovo hava limanından havaya qalxıb. Avialaynerin göyərtəsində 150 soydaşımız var. Aviareys saat 12:00-a nəzərdə tutulsa da, bir az gecikmə yaşanıb”, - məlumatda bildirilib.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar Vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər. /Report.az/