Məktəblilərə kitabları dronlar çatdırır
    • 18-06-2020, 18:21
    • 337

Məktəblilərə kitabları dronlar çatdırır

ABŞ-ın Merilend ştatındakı dövlət məktəbləri kitabları kitabxanadan dronlarla təmin etməklə dünyada ilkə imza atıb.

"PC Mag" xəbər verir ki, ideyanın müəllifi kitabxanaçı Kelli Passek olub.

Məlumata görə, ideyanın məqsədi şagirdlərin karantin zamanı məktəb proqramı üzrə lazımi kitabları oxumağı və onların asudə vaxtını səmərəli keçirməsidir. Dronlar şagirdləri kitabla pulsuz təmin edir.

Məktəblilərə kitabları “Wing Aviation” şirkətinin dronları çatdırır. Bu şirkət “Google” ilə yanaşı “Alphabet” holdinqinə daxildir. /report/