“Muzeylərdə vəziyyət yaxşı deyil, bəzilərində işıq belə yoxdur” - QƏNİRƏ PAŞAYEVA
    • 19-06-2020, 13:08
    • 437

“Muzeylərdə vəziyyət yaxşı deyil, bəzilərində işıq belə yoxdur” - QƏNİRƏ PAŞAYEVA

“Samir Şərifovdan xahiş edirəm, mədəniyyət sahəsində olan abidələrin tikintisi, mühafizəsi sahəsinə ayrılan pulların aidiyyəti üzrə xərclənməsinə nəzarət edilsin”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncamın icrası üçün pul ayrılıb: “Bu işlərin gecikdirilməsi abidənin dağılmasını sürətləndirir. Muzeylərdə bu gün vəziyyət yaxşı deyil. Bəzi muzeylərdə işıq yoxdur. İşıq olmayan muzeydə nə nümayiş etdiriləcək?”