Pensiya alanların NƏZƏRİNƏ: Bu gündən...
    • 1-07-2020, 15:22
    • 368

Pensiya alanların NƏZƏRİNƏ: Bu gündən...

Bu gündən vətəndaşlar əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından faiz tutulmadan əldə edə bilərlər.

Azərbaycan Mərkəzi Bankından News24.az-a verilən məlumata görə, bu addım “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə atılıb.

Vətəndaşlar sual yarandığı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 - Qaynar xəttinə zəng edə bilərlər.