Tokio Olimpiadası ilə bağlı VACİB QƏRAR
    • 9-07-2020, 09:05
    • 496

Tokio Olimpiadası ilə bağlı VACİB QƏRAR

Tokiodakı Olimpiadanın 2021-ci ilə keçirilməsi ilə əlaqədar olaraq yarışa bilet alan azarkeşlər pullarını geri ala biləcəklər.

News24.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Müvafiq qərar Oyunların təşkilat komitəsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Olimpiadanın 2020-ci ilin yayına planlaşdırılmışdı. Onun 24 İyul - 9 Avqust arasında ediləcəyi güman edilirdi. Lakin koronavirus pandemiyası yarışmanın bir il təxirə salınmasına səbəb oldu. İndi Olimpiadanın təxminən tarixi 23 iyul - 8 Avqust 2021-ci ildə keçiriləcəyi güman edilir. Həmçinin "Tokyo 2020" adı qorunub saxlanılacaq.