Berlində ara qarışdı  - 45 polis xəsarət alıb, 133 nəfər saxlanılıb
    • 2-08-2020, 19:30
    • 596

Berlində ara qarışdı - 45 polis xəsarət alıb, 133 nəfər saxlanılıb

Almaniyanın paytaxtı Berlin şəhərində 1 avqust tarixində koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı keçirilən icazəsiz mitinqlər zamanı 45 polisin müxtəlif bədən xəsarətləri aldığı bildirilib.

News24.az  “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

20 min nəfərdən ibarət aksiyanın mühafizəsini 1,1 min polis həyata keçirib.  

Qeyd edək ki, toqquşmalar axşam saatlarında Noyköln bölgəsində sol fəalların təşkil etdiyi aksiya zamanı qeydə alınıb. 133 nəfər saxlanılıb.