Bakı və Sumqayıt çimərliklərində eyni vaxtda 100 min insanın istifadəsinə imkan var
    • 3-08-2020, 18:14
    • 484

Bakı və Sumqayıt çimərliklərində eyni vaxtda 100 min insanın istifadəsinə imkan var

“Bakı və Sumqayıtda çimərliklərdə eyni vaxtda ümumilikdə 100 minə yaxın insanın istirahəti üçün şərait var”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O qeyd edib ki, ötən illərdə də təxminən bu qədər, hətta bundan daha az insan eyni vaxtda çimərliyə üz tuturdu: “Düşünmürük ki, burada hər hansı növbə yaransın, hər hansı problemlər olsun. Eyni vaxtda 100 minə yaxın insanın istirahəti nəzərdə tutulub. Təkcə monitorinqin nəticələrinə əsasən tənzimlənə bilən çimərliklərdən söhbət gedir”.