"Bəzi günlərdə Bakı xəstəxanalarında doluluq 80-85 faiz çatıb" - Ramin Bayramlı
    • 5-08-2020, 15:42
    • 537

"Bəzi günlərdə Bakı xəstəxanalarında doluluq 80-85 faiz çatıb" - Ramin Bayramlı

"İyun və iyul aylarında xüsusilə Bakıda şəhərində xəstəlikdə təkrar artış müşahidə olundu. Biz növbəti plana uyğun olaraq əlavə yeni xəstəxanaları bura cəlb etdik və onların sayını 46-ya çatdırdıq".

News24.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, Azərbaycan Respublikasının Prezident İlhma Əliyevin açılışı etdiyi modul tipli xəstəxanalardan yalnış 5-i istifadə edilib:"Xəstə sayında artım nəzərə alınaraq bəzi günlərdə Bakıda doluluq 80-85%-ə çatdı. Regionlarda bu rəqəm maksimum 30 faiz oldu. Bakı və Sumqayıtda əhalinin sıxlığını nəzərə alaraq əlavə müəssisələrin cəlb olunması üzərində işlədik. Bu günə qədər ehtiyatların hamısını istifadə etməmişik. Əlavə ayrılan çarpayıların hamısı istifadə olunmayıb. Həyata keçirilən ək epidemioloji tədbirlər və karantin rejimi nəticəsində yoluxma sayı enib".

Məhərrəm Əliyev