Şəki sakinləri Biləsuvarda 2 kq-a yaxın heroinlə tutuldu
    • 19-08-2020, 13:44
    • 664

Şəki sakinləri Biləsuvarda 2 kq-a yaxın heroinlə tutuldu

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “Mercedes” markalı avtomobil şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, sürücü, Şəki rayon sakini R.Yəhyayev, sərnişinləri olan qardaşı Q.Yəhyayev və həmyerlisi G.Həsənova polis əməkdaşları tərəfindən RPŞ-yə gətiriliblər. 

Şəxsi axtarış zamanı G.Həsənovadan 1 kiloqram 848 qrama yaxın heroin və 67 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.