Prokurorluq əməkdaşları Prezidentinin Təhlükəsizlik Xidmətinin şəxsi heyətini təbrik etdi
    • 23-08-2020, 11:33
    • 2 264

Prokurorluq əməkdaşları Prezidentinin Təhlükəsizlik Xidmətinin şəxsi heyətini təbrik etdi

Avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının peşə bayramı günüdür.

News24.az xəbər verir ki, Prokurorluq əməkdaşları Prezidentinin Təhlükəsizlik Xidmətinin şəxsi heyətini təbrik edib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə Prezidentinin Təhlükəsizlik Xidmətinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik".