Musiqi məktəbləri AÇILIR?
    • 28-08-2020, 16:51
    • 1 282

Musiqi məktəbləri AÇILIR?

Ötən gün yeni tədris ili ilə bağlı bir sıra qanunların qüvvəyə minməsi ilə bağlı açıqlamalar səsləndirilsə də, hələ də ağıllarda müəyyən suallar qalıb.

Bəs, görəsən övladlarını mədəniyyətə və incəsənətə yönləndirmək istəyən valideynlər bu vəziyyətdə nə etməlidir? Sentyabrdan musiqi məktəbləri də fəaliyyət göstərəcəkmi?

News24.az mövzunun aktuallığını nəzərə alaraq kiçik araşdırma aparıb. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mövzuyla bağlı öz mövqeyini dilə gətirib: "Musiqi məktəbləri prossedura uyğun olaraq işləyəcəklər. Hansı qərar verilsə, ona da uyğun şəkildə fəaliyyət göstərəcəklər. Baş nazirin bununla bağlı qərarı açıqlanmalıdır. Dərslərin onlayn, yoxsa əyani şəkildə keçirilməsi sentyabrın 15-ə qədər yoluxma dinamikası nəzərə alınaraq qərar veriləcək".

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə də öz münasibətini bildirib: "Bu məsələylə bağlı Nazirlər Kabineti Yanında Operativ Gərargahın müvafiq qərarı gözləyirik. Çox güman ki, yaxın günlərdə nəticə açıqlanacaq. Çünki artıq avqustun son günlərini yaşayırıq. Qərarın tətbiqi dinamikadan asılı olacaq, amma dərslərin onlayn, yoxsa əyani şəkildə keçirilməsi barədə müzakirələr gedir". 

Sevda Bayramova