Ermənilər Həbibi də oğurladı
    • 9-10-2018, 11:14
    • 886

Ermənilər Həbibi də oğurladı

Dünya mediasının gündəmində olmuş döyüşdə Konor Makqreqoru məğlub edərək əksər insanların qəhrəmanına çevrilmiş Həbib Nurməhəmmədova ermənilər sahib çıxmaq istəyir.

Sosial şəbəkədə erməni istifadəçilər tanınmış döyüşçünü öz idmançıları kimi təqdim etməyə çalışır. Belə ki, xanım istifadəçilərdən biri, hətta Nurməhəmmədovu Ermənistanın fəxri kimi göstərməyə çalışıb.

"Mən Həbibə görə, bizim erməni döyüşçüsünə görə şadam. Ermənilərin ən yaxşısı. Son 1 həftə ərzində bizim iki döyüşçümüz Ermənistanı xoşbəxt etdi”.

Qeyd edək ki, milliyətcə avar olan, dağıstanlı müsəlman döyüşçü Rusiyanı təmsil edir.

//A24.Az