Bakı sakinindən qumbaralar götürülüb
    • 17-09-2020, 13:14
    • 339

Bakı sakinindən qumbaralar götürülüb

Paytaxt sakininin yaşadığı evin həyətindən qumbara və patron götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qumbara saxladığına görə tutulan E.Əliyevin ətrafında Binəqədi Rayon Polis Şöbəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Mehdiabad qəsəbəsindəki evinin həyətindən əlavə 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 9 ədəd 5,45 çaplı patrona aid gilizlər aşkar edilərək götürülüb.