“Ermənistan və Azərbaycan arasında gərginliyin davam etməsindən narahatıq” - Gürcüstan Prezidenti
    • 27-09-2020, 14:03
    • 350

“Ermənistan və Azərbaycan arasında gərginliyin davam etməsindən narahatıq” - Gürcüstan Prezidenti

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan və Ermənistanı sülhə çağırıb.

News24.az xəbər verir ki, bu barədə S. Zurabişvili özünün “Twitter” hesabında paylaşım edib.

“Biz Ermənistan və Azərbaycan arasında gərginliyin davam etməsindən narahatıq. Biz tərəfləri sülhə çağırırıq. Stabillik və sülh bizim regionumuzda ortaq məsələmiz olmalıdır”, - deyə Gürcüstan Prezidenti qeyd edib.