Qeyri-adi müalicə üsulu - Qum hamamları- FOTO
    • 10-10-2018, 15:10
    • 3 346

Qeyri-adi müalicə üsulu - Qum hamamları- FOTO

Hər gün müxtəlif xəstəliklərin müalicəsi üçün qeyri-adi müalicə üsulları barədə eşidirik. Bunlardan biri də Misirdə yerləşən qum hamamlarıdır.

News24.az xəbər verir ki, iyuldan sentyabr ayına qədər, ilin ən isti aylarında, temperatur 37 dərəcə təşkil edən zaman, Misir və digər yerlərdən olan insanlar Misirin qərbindəki Ziba şəhəri yaxınlığında səhraya gələrək qum hamamlarında  müalicə alırlar.

 Belə ki, insanlar səhranın ortasında çılpaq şəkildə quma basdırılır.

Müalicənin mahiyyəti günəşin ən qızğın vaxtında, təxmini 3 gün ərzində 20 dəqiqə qum vannası qəbul etməkdir.  Son gün dəridəki məsamələri bağlamaq üçün yağ və sirkədən istifadə olunur.

Təşkilatçıların sözlərinə görə, bu müalicə üsulu ilə artrit, revmatizm, cinsi zəiflik və sonsuzluq kimi bir çox xəstəlikləri müalicə etmək mümkündür.

Şəlalə Ağayeva