"İşğal olunmuş əraziləri qaytarın,  öz torpaqlarınızda nə edirsənizsə edin" - Ərdoğan
    • 14-10-2020, 15:15
    • 439

"İşğal olunmuş əraziləri qaytarın, öz torpaqlarınızda nə edirsənizsə edin" - Ərdoğan

“Torpaqlarını işğaldan azad etmək üçün mübarizə aparan Azərbaycan dövlətini hədəfə götürmək peşəkar bir təşkilatın vəzifəsi deyil, əgər erməni idarəçiliyinin yanında olsanız, bu millət sizi qəbul etməyəcək”.

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasındakı çıxışında deyib. 

Türkiyə lideri bildirib ki, Minsk üçlüsü hələ də bu məsələdə yayındırma taktikasından istifadə edir: “İşğal olunmuş əraziləri qaytarın. Gedin öz torpaqlarınızda nə edirsənizsə edin”.

“Danışıq 30 il çəkə bilərmi? 30 il ərzində ancaq məsələdən yayındırmalar oldu. 30 ildir ki, oturdular, danışdılar, dağıldılışdılar. 30 ildir ancaq bunu etdilər. Geri verin. 30 il çəkəcək məsələ deyil bu. Verin, amma vermədilər. Ermənilər və azərbaycanlı qardaşlarımız bu şəkildə mübarizəni davam etdirirlər. Bizə zəng edənlər nə deyir? Siz mücahidləri Suriyadan ora göndərirsiniz deyirlər. Belə bir hal yoxdur. Azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq və yenə də verəcəyik” deyə Türkiyə prezidenti sözlərinə davam edib. 

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyadan bu qədər silah gəlir, eyni şəkildə, Fransadan  silahlar göndərilir, amma bu haqda danışan yoxdur: “Niyə bunlardan danışmırsınız? Sonra gəlib mücahidlər deyirsiniz. Onların öz torpaqlarında işi var, ora getməzlər. Hökümətin etdiyi hər şeyə qarşı çıxaraq siyasətin ən çirkin vəziyyətini göstərmək peşəkar bir qrupun vəzifəsi ola bilməz. Dünyanın harasında bu şəkildə hərəkət edən peşəkar təşkilatlar var? Artıq Türkiyənin bu rüsvayçılıqdan qurtulma vaxtı gəldi. Vaxt itkisinə dözmərik. İlk növbədə, peşəkar təşkilatlarla bağlı ümumi qaydanın yetərli olmadığı yerlərdə şuramız hər bir fərdi təşkilat üçün fəaliyyət göstərməlidir”.

“Bir daha Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini xilas etmək uğrunda apardığı şərəfli mübarizəni dəstəkləyirım. Vətəni qoruyan azərbaycanlı qardaşlarımıza qələbə arzulayıram. Ermənistan həm təcavüzkar, həm də atəşkəsi pozan tərəf olsa da, Azərbaycana inadla təzyiq göstərən ölkələrin məqsədi münaqişələri dayandırmaq deyil. Əgər belə olsaydı, mülki yaşayış məntəqələrinə ballistik raketlərlə hücum edən Ermənistan hərəkətsiz vəziyyətə gətirilməli idi. Sona qədər imkanlarımız və qəlbimizlə Azərbaycanın yanında olmağa davam edəcəyik” deyə R.T.Ərdoğan iclasda vurğulayıb.