QARABAĞ ZƏFƏRİNƏ xalq belə sevinir - VİDEO
    • 10-11-2020, 11:50
    • 508

QARABAĞ ZƏFƏRİNƏ xalq belə sevinir - VİDEO

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və bu gün Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra respublikamızın şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini birlikdə bölüşürlər.

News24.az xəbər verir ki, Azərbaycan xalqının şənliyi gecə saatlarında başlayıb və hələ də davam edir.

Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, Qarabağ şüarları səsləndirən yüz minlərlə, milyonlarla insan coşqu hissi ilə müxtəlif istiqamətlərdə qələbə yürüşünə start veriblər. 

Qeyd edək ki, Tarqovı” kimi tanınan məşhur Nizami küçəsində vətəndaşlarımız Azərbaycan himnini səsləndirib. 

VİDEO: Fərid Şabanov