Ermənistanın müharibə cinayətləri nəticəsində pozulmuş uşaq hüquqları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT EDİLDİ
    • 12-11-2020, 18:35
    • 674

Ermənistanın müharibə cinayətləri nəticəsində pozulmuş uşaq hüquqları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT EDİLDİ

Beynəlxalq Təhlil Mərkəzində işğalçı Ermənistan tərəfindən qətlə yetirilən Azərbaycanın mülki vətəndaşların statistikasına həsr olunmuş tədbir keçirilib.

News24.az xəbər verir ki, mərasimdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində uşaqların qəsdən öldürülməsi, yaralanması və hüquqların kobud şəkildə pozulması ilə bağlı olan məsələlər müzakirə olunub. Bildirib ki, Ermənistan Silahlı Qüvvələri 30 ilə yaxındır hərbi təcavüz həyata keçirirlər. Mətbuat konfransında jurnalistlərin diqqətinə Məhəmməd Səfixanlı tərəfindən həlak olmuş dinc əhalinin adları çəkilib. 

27 sentyabr 2020-ci il tarixində Naftalana atılan raket nəticəsində üç nəfər qadın və uşaq olmaqla, ümumilikdə beş nəfər həlak olub. 

Qurbanov Elbrus İsa oğlu (24.11.1951-ci il)
Qurbanova Şəfayət Novruz qızı (22.02.1995-ci il)
Əmirova Afaq Dəmir qızı(12.01.1981-ci il)
Qurbanova Fidan Elşən qızı (01.03.2006-ci il)
Qurbanov Şəhriyar Nadir oğlu (30.11.2007-ci il)

3 oktyabr 2020-ci il tarixində Beyləqan şəhər sakinləri də erməni Silahlı Birləşmələri tərəfindən qəsdən ağır artilleriyadan açdıqları intensiv atəş nəticəsində iki nəfər dünyasını dəyişib.

İsmayılova Zülfiyyə İsgəndər qızı (1976-ci il)
Əsədova Arzu İsgəndər qızı (1998-ci il)

29 sentyabr 2020-ci il tarixində Tərtər şəhərində Ermənistan Silahlı Qüvvələrinin atdığı top atəşı nəticəsində isə bir nəfər 
Mehdiyeva Ayna Məhəmmədəli qızı həlak olub. 

1 oktyabr Ermənistan Silahlı Qüvvələri tərəfindən atəş nəticəsində bir nəfər Ağdam kənd sakini Ələsgərova Təranə Paşa qızı (1965-ci il) dünyasını dəyişib. 

Ermənistan Silahlı Birləşmələrinin 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə atdıqları raket nəticəsində həlak olan şəxslər:

Qasımova Solmaz Sədrəddin qızı (1961-ci il) Bərdə rayonu, Lənbəran kənd sakini
Mustafayeva Leyla Elmir qızı (1969-ci il) Bərdə şəhər sakini
Hüseynova Gülşən Mehrab qızı (1972-ci il) Ağdam şəhər sakini
Mirzəliyeva Tükəzban Çərkəz qızı (1995-ci il) Çələbilər kənd sakini
Əliyeva Almaz Salah qızı (1960-ci il)

2020-ci il, oktyabrın 11-də Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində həlak olanların adları:

Əliyeva Afaq Əziz qızı (1957-ci il)
Cəfərova Dürrə Hilal qızı (1967-ci il)
Əliyeva Günay Zahid qızı (1992-ci il)
Ələsgərova Təranə Paşa qızı (1965-ci il)

Tədbirin sonunda Ermənistanın törətmiş olduğu müharibə cinayətləri nəticəsində pozulmuş uşaq hüquqları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib və səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi xahiş edilib. 

Sevda Bayramova